Bank Of Baku

Azərbaycan WOCCU-nun Barselonada keçiriləcək konfransında iştirak edəcək

Azərbaycan WOCCU-nun Barselonada keçiriləcək konfransında iştirak edəcək
# 07 may 2009 09:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) bu ilin iyulun 25-də Ümumdünya Kredit İttifaqları Şurasının (WOCCU - World Council of Credit Unions) Barselonada (İspaniya) keçiriləcək növbəti konfransında iştirak edəcək. Konfransda Azərbaycanı AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov təmsil edəcək.

E.Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, o, toplantıda Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının mövcud durumu, problemləri və gələcək planları ilə bağlı çıxış edəcək. Qeyd edək ki, Azərbaycan 100 ölkənin üzv olduğu WOCCU təşkilatına cari ilin mart ayında üzv olub.

WOCCU bütövlükdə kredit ittifaqlarının beynəlxalq təşkilatı və maliyyə təşkilatı kooperativləri kimi 1971-ci ildə təsis edilib. WOCCU təşkilatının üzvləri dünya üzrə 177 mln. səhmdarı və 49 mindən çox kredit ittifaqını təmsil edən kredit ittifaqlarının regional və milli assosiasiyasından ibarətdir. Bu kredit ittifaqlarının aktivlərinin ümumi həcmi 1,181 trln. ABŞ dollarına bərabərdir. WOCCU-nun mənzil qərargahı Medisonda (ABŞ, Viskonsin ştatı) yerləşir.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR