Bank Of Baku

«UniBank» xaricdən 83 mln. dollar yardım alacaq

«UniBank» xaricdən 83 mln. dollar yardım alacaq
# 07 may 2009 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankına (SKB) 83 mln. ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması məsələsini müzakirə edir.
AYİB-dən «APA-Economics»ə verilən məlumata görə, vəsait kapitala investisiya, konvertasiya oluna bilən istiqraz və ilkin tələbli borc formasında təqdim oluna bilər. Bundan başqa, paketin «Deutsche Investitions und Entwicklungsgesellschaft GmbH.» (DEG), Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) və Avstriya İnkişaf Bankı (OeEB) tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyələşmə «UniBank»ın dəstəklənməsinə, kapital bazasının gücləndirilməsinə və real iqtisadiyyata kreditlərin verilməsinə xidmət edəcək.
AYİB 37 mln. dollarlıq yeni maliyyələşdirmənin 15,8 mln. dollarını ilkin tələbli borc (qalan 32,5 mln. dollarını DEG, FMO və OeEB ayıracaq), 17,5 mln. dollarını konvertasiya olunan istiqrazlar (qalan 7,5 mln. dollar DEG tərəfindən maliyyələşdiriləcək) və 1,1 mln. dollarını kapitala investisiya yatırımı şəklində təqdim edəcək.
Qeyd edək ki, təsisçisi AYİB (15,15%), DEG (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 24 filialı fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 374,181 mln. manat, depozit portfeli 89,353 mln. manat, kredit portfeli 286,677 mln. manat, məcmu kapitalı 68,900 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR