Bank Of Baku

Azərbaycan bank sistemində faiz spredi yenidən azalıb

Azərbaycan bank sistemində faiz spredi yenidən azalıb
# 07 may 2009 11:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların faiz spredi 2009-cu ilin aprelin 1-nə 5,8% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici son bir il ərzində 1 faiz bəndi, ilin əvvəlindən isə 0,8 faiz bəndi azalıb.
Faiz spredi bankların faiz gəlirlərinin gəlir gətirən aktivlərin həcminə nisbəti ilə faiz xərclərinin faiz ödənişləri tələb edən öhdəliklərə nisbəti arasındakı fərq kimi hesablanır.
Son illər bank sisteminin bu nisbi əmsalında əhəmiyyətli dəyişkənlik müşahidə olunur:




Bu əmsalın azalması bir neçə göstəricinin birgə və ya ayrı-ayrılıqda azalması nəticəsində baş verə bilər. Belə ki, söhbət ya faiz gəlirləri və ya faizli öhdəliklərin azalması, ya da faiz xərcləri və ya gəlir gətirən aktivlərin artmasının mümkünlüyündən gedir. Vəziyyətə müəyyən qədər aydınlıq gətirmək üçün cari ilin aprelin 1-nə faiz spredinin hesablanmasında iştirak edən göstəricilərə nəzər salmaq lazımdır.

Beləliklə, faiz gəlirləri cari ilin I rübü ərzində (ötən ilin IV rübünün göstəricisi ilə müqayisədə) 2,6%, faiz xərcləri 6%, gəlir gətirən aktivlərin həcmi rüb ərzində 13%, faizli öhdəliklərin həcmi isə 18% azalıb. Yəni, faiz spredinin hesablanması düsturunda istifadə olunan oxşar göstəricilərin azalma templəri müqayisə edilən səviyyədə olsa da, çıxılan nisbətin azalması bir qədər kiçik səviyyədədir ki, bu da ümumilikdə, spredin azalmasına səbəb olur. Həmçinin, faiz spredinin azalması aktivlər və öhdəliklər üzrə orta çəkili faizlərin yaxınlaşmasını əks etdirir.

Qeyd edək ki, faiz spredinin həddindən artıq yüksək olması, adətən, bank sistemində bazar şəraitinə uyğun olmayan spekulyativ və süni bank gəlirlərinin şişirdildiyini göstərir. Azərbaycanda isə bu əmsalın kiçik olması həmin halların mövcud olmadığını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR