Bank Of Baku

Azərbaycan qiymətli kağızlar bazarında brokerlərin renkinqində liderlik «Brokdil-Az» şirkətinə keçib

Azərbaycan qiymətli kağızlar bazarında brokerlərin renkinqində liderlik «Brokdil-Az» şirkətinə keçib
# 07 may 2009 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Brokdil-Az» şirkəti başçılıq edir.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 2 müştəriyə ümumi dəyəri 39 932 742,26 manat olan broker xidmətləri göstərib. İkinci yeri 3 müştəriyə ümumi həcmi 27 288 548,98 manat olan broker xidmətləri göstərmiş «UniCapital» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən təxminən 30% azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 7 228 985,44 manatla «Respublika İnvest» şirkəti qərarlaşıb.

Mövqe (aprel)

Mövqe (mart)

Brokerlər

Müştərilərin sayı (mart)

Müştərilərin sayı (aprel)

Əməliyyatlarının həcmi (AZN)

1

4

Brokdil-Az

12

2

39 932 742,26

2

2

UniCapital

14

3

27 288 548,98

3

7

Respublika İnvest

3

2

7 228 985,44

4

3

YapıKredi İnvest

3

1

5 418 967,02

5

5

BoB Broker

6

1

4 738 511,54

6

6

Texnika Capital Management

5

1

2 728 890,74

7

8

Chelsea Capital

3

2

1 948 424,74

8

1

Standard Capital

1

1

103 708,50



Qeyd edək ki, aprel ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, mart ayında göstərilmiş broker xidmətlərinin maksimal məbləği 39 577 660,02 manat təşkil edib. Bundan başqa, bu ilin aprel ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 9-dan 8-ə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR