Bank Of Baku

Azərbaycan mikromaliyyələşdirmə mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan mikromaliyyələşdirmə mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 07 may 2009 12:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayının 25-27-də Belqradda (Serbiya) Poland Micro Finance Center (MFC) təşkilatının XII beynəlxalq konfransı keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) icraçı direktoru Jalə Hacıyeva məlumat verib.
J.Hacıyevanın sözlərinə görə, dünya maliyyə təşkilatlarının qatılacağı konfransın əsas mövzusu «Qlobal böhran şəraitində mikromaliyyə təşkilatları üçün təhlükə və imkanlar» olacaq. Həmçinin, konfrans çərçivəsində maliyyə və mikromaliyyə təşkilatları üçün investor yarmarkasının keçirilməsi də nəzərdə tutulub.
J.Hacıyeva bildirib ki, beynəlxalq tədbirdə Azərbaycandan ən azı 10 maliyyə təşkilatının nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Poland Mikro Finance Center təşkilatına ötən ilin mart ayında üzv olub və AMA-nın icraçı direktoru J.Hacıyeva bu qurumun İdarə Heyətinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR