Bank Of Baku

«AGBank» filial şəbəkəsini genişləndirir

«AGBank» filial şəbəkəsini genişləndirir
# 07 may 2009 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində yeni iki filial və bir şöbə açmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Azər Mövsümovun «APA-Economics»ə verdiyi məlumata görə, filialların biri Bakıda, digəri isə regionda açılacaq. Belə ki, bankın Bakıda açılacaq filialı «Binə» Ticarət Mərkəzində (Lökbatan qəsəbəsi), ikinci filialı Qubada yerləşəcək. Yeni şöbənin isə Göyçayda açılacağı gözlənilir.
A.Mövsümovun sözlərinə görə, artıq bankın Göyçay şöbəsi istifadəyə hazırdır və yaxın vaxtlarda bank bu şöbənin rəsmi açılışını keçirəcək. Qeyd edək ki, hazırda bankın respublika üzrə 16 filialı fəaliyyət göstərir.
Xatırladaq «AGBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 204,767 mln. manat, depozit portfeli 105,042 mln. manat, kredit portfeli 155,144 mln. manat, məcmu kapitalı 31,386 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR