Bank Of Baku

Azərbaycanda uzunmüddətli kreditləşmə son 8 ildə 37 dəfə artıb

Azərbaycanda uzunmüddətli kreditləşmə son 8 ildə 37 dəfə artıb
# 07 may 2009 13:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 8 il ərzində Azərbaycanda uzunmüddətli kreditləşmənin həcmi xeyli artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2000-ci ildə uzunmüddətli kreditlərin həcmi cəmi 130 mln. manat təşkil edirdisə, sonrakı illər ərzində bu göstərici 37,4 dəfə artaraq 2008-ci ildə 4 867,4 mln. manata çatıb. Nəticədə, 2008-ci ildə uzunmüddətli kreditlərin ölkədəki ümumi kreditləşmədə xüsusi çəkisi 67,9% təşkil edib, halbuki 2000-ci ildə uzunmüddətli kreditləşmənin payı cəmi 28% olub.
Buna paralel olaraq, Azərbaycanda qısamüddətli kreditləşmənin də həcmi ilbəil artıb, lakin ümumi kreditləşmədəki xüsusi çəkisi azalıb. Belə ki, əgər qısamüddətli kreditləşmənin xüsusi çəkisi 2000-ci ildə 72%-ə bərabər olubsa, 2008-ci ildə bu göstərici 32,1%-dək düşüb. Qısamüddətli kreditlərin həcmi isə son 8 il ərzində 6,8 dəfə artaraq 2 295,9 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR