Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini azaltmayacaq

Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini azaltmayacaq
# 08 may 2009 08:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ərzində uçot dərəcəsini daha da azaltmaq niyyətində deyil. Bunu «APA-Economics»ə eksklüziv açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib: «Mərkəzi Bankın belə bir fikri yoxdur. Hesab edirəm ki, uçot dərəcəsi optimaldır və ölkədə formalaşan inflyasiya dərəcəsinə uyğundur».
E.Rüstəmovun sözlərinə görə, bütövlükdə götürdükdə, iqtisadi agentliklər və xüsusi ilə də bizneslə məşğul olan iş adamları hazırkı uçot dərəcəsi ilə (illik 3%) razıdır.
Ölkənin baş bankiri bildirib ki, uçot dərəcəsinin azaldılması nəticəsində ölkə iqtisadiyyatına 9 mln. ABŞ dolları həcmində likvidlik dəstəyi verilib. Bu vəsaitlər həm iqtisadiyyatın maliyyələşdirilməsinə, o cümlədən banklar tərəfindən xarici borcun ödənilməsinə sərf olunub. «Azərbaycan beynəlxalq maliyyə bazarlarında davam edən maliyyə böhranı və onun Azərbaycana mənfi təsirinin neytrallaşması istiqamətində hazırlıq tədbirləri görür və bunlardan biri də likvidliyin artırılmasıdır. Eyni zamanda, bu istiqamətdə görülən tədbirlərdən biri uçot dərəcəsinin 15%-dən 3%-dək azaldılması olub. Hesab edirəm ki, bu, ölkədə formalaşan inflyasiya səviyyəsinə uyğun dərəcədir», - deyə E,Rüstəmov vurğulayıb.
Xatırladaq ki, AMB 2008-ci ilin oktyabr ayından bu ilin mart ayına kimi uçot dərəcəsini mərhələli şəkildə illik 15%-dən 3%-dək azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR