Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycanda dövlət ipotekası üzrə faiz dərəcələri dəyişdirilməyəcək»

Elman Rüstəmov: «Azərbaycanda dövlət ipotekası üzrə faiz dərəcələri dəyişdirilməyəcək»
# 08 may 2009 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda dövlət vəsaitləri hesabına maliyyələşdirilən ipoteka kreditləri üzrə faiz dərəcələrində dəyişiklik edilməyəcək. Bunu «APA-Economics»ə eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib: «Hazırda biz mövcud və təsdiq olunmuş faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsini bərpa etmək üzərində çalışırıq».
E.Rüstəmovun sözlərinə görə, ipoteka kreditləşməsinin bərpası istiqamətində işlər davam etdirilir və hazırda son hazırlıq işləri görülür: «İpoteka kreditləri üzrə şərtlərdə ciddi dəyişiklik olmayacaq, hesab edirəm ki, mövcud şərtlər hazırkı şəraitə uyğundur».
Lakin baş bankir bildirib ki, yaxın gələcəkdə bu şərtlərə yenidən baxılması mümkündür. Bazarın vəziyyətindən asılı olaraq, bu və ya digər şərtlər sərtləşdirilə və ya yumşaldıla bilər. «Şərtlərin yumşaldılmasına gəldikdə isə, düşünürəm ki, gələcəkdə verilən kreditin məbləğini bir qədər artıraq. Belə ki, hazırda Azərbaycanın mənzil bazarında mənzillərin qiyməti kifayət qədər yüksəkdir və ola bilsin ki, 50 min manat azdır», - deyə AMB başçısı vurğulayıb.
E.Rüstəmov bildirib ki, kreditlərin müddətində heç bir dəyişiklik olmayacaq, çünki keditlər kifayət qədər uzunmüddətli və beynəlxalq praktikaya uyğundur.
Kreditlərin faiz dərəcəsinə gəldikdə isə, baş bankir bunun ölkədəki inflyasiya, uçot dərəcəsi və faiz dərəsini formalaşdıran digər amillərin təsirindən asılı olaraq artırılması və ya azaldılmasını mümkün sayır.
Qeyd edək ki, Azərbaycan İpoteka Fondu tərəfindən bütövlükdə indiyədək güzəştli şərtlərlə 1 900 kredit verilib və bu kreditlər üzrə orta faiz dərəcəsi illik 6,2% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR