Bank Of Baku

Azərbaycan Şri-Lankada keçiriləcək mikromaliyyə seminarında iştirak edəcək

Azərbaycan Şri-Lankada keçiriləcək mikromaliyyə seminarında iştirak edəcək
# 08 may 2009 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin may ayının 18-20-də BMT-nin Kolomboda (Şri-Lanka) keçirəcək seminarında iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.
J.Hacıyevanın sözlərinə görə, 18 ölkənin iştirak edəcəyi iki sessiyalı seminara MDB ölkələrindən yalnız Azərbaycan dəvət alıb.
Seminarda Azərbaycanı J.Hacıyeva təmsil edəcək və o, ölkənin mikromaliyyə sahəsinin inkişaf tarixi, həmçinin quruma üzv olan təşkilatların assosiasiyadan necə bəhrələndiyi barədə geniş məruzə ilə çıxış edəcək.
J.Hacıyevanın sözlərinə görə, tədbirdə maliyyə sisteminin vahid bir sistem olduğu, mikromaliyyə sisteminin keçmişi, bu günü və gələcəyi, həmçinin dünya maliyyə böhranının bu sahəyə təsiri müzakirə ediləcək.
Seminarın ikinci sessiyası isə «Mikromaliyyə xidmətlərinin təsiri» mövzusuna həsr olunub. Burada BMT-nin proqramlarında iştirak edən dövlətlərin tövsiyələri diqqət mərkəzində saxlanılacaq.
Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR