Bank Of Baku

Azərbaycan banklarının məcmu kapitalının adekvatlıq əmsalı azalıb

Azərbaycan banklarının məcmu kapitalının adekvatlıq əmsalı azalıb
# 08 may 2009 12:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalının adekvatlıq əmsalı 2009-cu ilin aprelin 1-nə 19,2% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici son bir ildə 0,4 faiz bəndi artdığı halda, cari ilin ilk rübündə 0,4 faiz bəndi azalıb.

Qeyd edək ki, bu göstərici məcmu kapitalın risklərlə çəkili aktivlərin həcminə olan nisbətidir. Adekvatlıq əmsalı nisbi göstərici olduğuna görə onun dəyişməsi ya aktivlərin, ya da kapitalın dəyişməsi ilə bağlı olur. Yəni, adekvatlıq əmsalının azalması ya kapitalın azalması, ya da aktivlərin artması ilə bağlıdır. Azərbaycanda (aprelin 1-nə) ilin əvvəlindən bankların məcmu kapitalının həcmi 4,8% artıb, risklərlə çəkili aktivlərin həcmi üzrə isə dəqiq statistika yoxdur. Lakin yekunlaşdırıcı əmsalın azalmasını nəzərə alaraq, demək olar ki, rüb ərzində risklərlə çəkili aktivlərin artım tempi 4,8%-dən artıq olub.

Ümumilikdə isə, Azərbaycanda məcmu kapitalın adekvatlıq əmsalı yüksək hesab oluna bilər, bunun da əsas səbəbi bankların aktiv əməliyyatlara ehtiyatla yanaşması və nəticə etibarı ilə həm aktivlərin ümumi miqdarının iqtisadiyyata nisbətən aşağı olması, həmçinin təhlükəli və ümidsiz aktivlərin kiçik miqdarda olması ilə bağlıdır.

Qeyd edək ki, ötən il ərzində adekvatlıq əmsalı dəyişkənlik nümayiş etdirib. Belə ki, 2008-ci ilin sonuncu rübündə bu göstərici 1,9 faiz bəndi artıb və buna səbəb banklar tərəfindən kreditlərin məhdudlaşdırılması amili olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR