Bank Of Baku

Oktyabrda Azərbaycan Kredit İttifaqları Assosiasiyasının növbəti konfransı keçiriləcək

Oktyabrda Azərbaycan Kredit İttifaqları Assosiasiyasının növbəti konfransı  keçiriləcək
# 08 may 2009 12:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının ikinci yarısında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) IV konfransı keçiriləcək.

AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, bu konfransa Azərbaycanda fəaliyyət göstərən qeyri-bank və bank təşkilatları, kredit ittifaqlarının nümayəndələri və hökumət rəsmləri iştirak edəcək.

«Bu konfransın oktyabr ayında keçirilməsi «Kredit ittifaqlarının beynəlxalq günü»nə təsadüf edir. Bu səbəbdən də bizim konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda kredit ittifaqlarının beynəlxalq gününü cəmiyyətə çatdırmaqdır», - deyə E.Bağırov bildirib.

Qeyd edək ki, bu konfrans AKİA tərəfindən hər il təşkil olunur.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR