Bank Of Baku

«Azərnəqliyyatbank»ın İdarə Heyətinə yeni sədr təyin edilib

«Azərnəqliyyatbank»ın İdarə Heyətinə yeni sədr təyin edilib
# 08 may 2009 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankının (SKB) İdarə Heyətinə yeni sədr təyin olunub. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisində çalışmış Emin Məmmədov təyin olunub.

E.Məmmədov 1973-cü ildə anadan olub və Azərbaycan Dövlət Neft Akademiyasını, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb.

Qeyd edək ki, E.Məmmədov bank sahəsində 12 illik iş təcrübəsinə malikdir.

Xatırladaq ki, E.Məmmədovdan əvvəl bu vəzifəni Rəhim Əliyev icra edib və hazırda sabiq sədrin heç bir bankda işləmədiyi bildirilir.

«Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Ötən ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 19,975 mln. manat, kredit portfeli 16,050 mln. manat, depozit portfeli 8,043 mln. manat, məcmu kapitalı 11,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib. Bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR