Bank Of Baku

«United Credit Bank»ın İmişli filialı iyulda açılacaq

«United Credit Bank»ın İmişli filialı iyulda açılacaq
# 08 may 2009 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) İmişli filialı bu ilin iyul ayı ərzində istifadəyə veriləcək.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, 240 kv. metr sahəsi olan iki mərtəbəli ofisin tikintisi artıq başa çatıb. «İmişli filialına icazə üçün artıq müvafiq sənədlərin hazırlanmasına başlanılıb və yaxın vaxtlarda təsis sənədləri Azərbaycan Mərkəzi Bankına təqdim olunacaq. İmişli və kənar rayonların sakinləri bu filial vasitəsi ilə bütün bank xidmətlərindən, o cümlədən hesablaşma-kassa hesabı, kommunal və mobil rabitə operatorlarının xidmətləri üzrə ödənişlər, depozitlərin qəbulu, biznes kreditləri və beynəlxalq sürətli pulköçürmə əməliyyatlarından yararlana biləcəklər», - deyə V.Əliyev bildirib.

Qeyd edək ki, bununla da bankın respublika üzrə filiallarının sayı 6-ya çatacaq. Hazırda bankın Bakıda 3, regionda (Gəncə və Sumqayıt) isə 2 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendi dəyişib.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 32,598 mln. manat, kredit portfeli 22,805 mln. manat, öhdəlikləri 14,525 mln. manat, məcmu kapitalı 13,461 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR