Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna daha bir bank üzv olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna daha bir bank üzv olub
# 08 may 2009 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan bankların sırasına «Silk Way Bank» SKB da əlavə olunub. Bununla da Fonda üzv olan bankların sayı 42-yə çatıb.
ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, iştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarında yerləşdirilmiş əmanətləri Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
Xatırladaq ki, 2010-cu il yanvarın 1-dək kompensasiya məbləğinin maksimum həddi 6 min manatdır.
Qeyd edək ki, əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmir, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
ƏSF 2007-ci il avqustun 13-də fəaliyyətə başlayıb. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR