Bank Of Baku

Ekspertlər: İqtisadiyyatın sağlamlaşması yolunda investorlar bəzi riskləri nəzərə almır

Ekspertlər: İqtisadiyyatın sağlamlaşması yolunda investorlar bəzi riskləri nəzərə almır
# 08 may 2009 14:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Son zamanlar dünyanın neft və fond bazarlarında müşahidə olunan artım tendensiyaları nikbinliyə səbəb olub və dünya iqtisadiyyatında sağlamlaşma əlamətlərinin olduğunu göstərir. Lakin iqtisadiyyat üçün bir neçə risk var ki, investorlar onlara lazımı dərəcədə diqqət yetirmir. «APA-Economics»in məlumatına görə, bu fikri apardığı araşdırmalar nəticəsində «CNNMoney.com» təşkilatı səsləndirib.
Ekspertlərin fikrincə, ilk növbədə bankların səhmləri son iki ay ərzində bahalaşır, lakin bu, bankların hələ də zəif olması fonunda baş verir, məsələn, ABŞ-ın ən iri bankların hələ də əlavə kapitallaşmada ehtiyacı var. Nəticədə, müxtəlif müsbət hesabatlara baxmayaraq, bank sisteminin qeyri-sağlamlığını əks etdirən kredit böhranı davam etməkdədir.
Bundan başqa, korporativ sektorda müşahidə olunan müsbət hesabatlar əsasən şirkətlər tərəfindən xərclərin azaldılmasının nəticəsidir ki, bu da öz növbəsində bütün dünyada baş verən ixtisarlarla bağlıdır. Belə olan halda əhalinin alıcılıq qabiliyyəti aşağı düşür və iqtisadiyyatın tələbatın artırılması yolu ilə dəstəklənməsini gözləmək olmaz. Real sektorda isə istehsal göstəriciləri ilə yanaşı istehlak göstəriciləri də əsas rol oynayır və bu sahədə xərclərin artırılması yaxın gələcəkdə qeyri-mümkündür.
Üçüncüsü, enerji daşıyıcılarının bahalaşması nəticəsində istehsalatda yarana biləcək mayə dəyərinin bahalaşması riskləri də mövcuddur. Belə ki, hazırda neftin qiyməti artıq 60 dollara yaxınlaşır və bu, istehsalın bahalaşmasına, həm də istehlakçıların maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacaq.
Bundan əlavə, böhran nəticəsində dünyada təmin edilmiş tələbat baxımından böyük dəyişmələr, o cümlədən coğrafi dəyişmələr baş verəcək ki, bu da istehsalçı ölkələr arasında «ticarət müharibələrinə» gətirib çıxara bilər. Bundan başqa, yerli iqtisadiyyatların stimullaşması məqsədi ilə ölkələrin əksəriyyəti proteksionizm ticarət siyasətinə keçməsi gözləniləndi.
Və nəhayət, fond və kapital bazarlarında nikbinlik real iqtisadiyyatda artımla paralel müşayiət olunmayacaq, çünki real sektorda sağlamlaşma bir neçə ay gecikə bilər və bu müddət ərzində kapital bazarlarında yarana biləcək enmə tendensiyaları real iqtisadiyyatın artımını saxlaya bilər.
Hazırda isə əsas diqqət maliyyə sektoru, o cümlədən bank sistemində sağlamlaşma tendensiyalarına yönəldilir. Bunlar da əsasən ABŞ-da keçirilmiş stress-testlərin nəticəsidir ki, investorlar və analitiklər bu prosesin bütün iqtisadiyyata böyük təsirini vurğulayır. Xatırladaq ki, stress-testlər çərçivəsində iqtisadi geriləmənin daha da pisləşməsinin modeli hazırlanıb və ölkənin bu modelə davamlılığı yoxlanılıb. Testlərin nəticəsində iştirak edən Amerikanın 19 iri bankın davamlılığı qənaətbəxş hesab olunub, lakin məcmu olaraq 74,6 mlrd. dollar həcmində əlavə kapitallaşmaya ehtiyac olduğu müəyyənləşib. O cümlədən, ən iri əlavə kapitallaşmaya «Bank of America» (33,9 mlrd. dollar), «Wells Fargo» (13,7 mlrd. dollar) və «Citigroup» (5,5 mlrd. dollar) kimi maliyyə qurumlarında aşkarlanıb. Ümumilikdə, stress-testlərdə «J.P.Morgan Chase», «Citigroup», «Bank of America», «Wells Fargo», «Goldman Sachs», «Morgan Stanley», «MetLife», «PNC Financial Services Group», «US Bancorp», «Bank of NY Mellon», «SunTrust Banks», «State Street», «Capital One Financial», «BB&T», «Regions Financial», «American Express», «Fifth Third Bancorp», «Keycorp» və GMAC kimi banklar və maliyyə institutları iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR