Bank Of Baku

«Xalq Sığorta» nizamnamə kapitalını 2,6 dəfə artırır

«Xalq Sığorta» nizamnamə kapitalını 2,6 dəfə artırır
# 08 may 2009 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Sığorta» ASC-nin sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,32 manat, sayı 7,39 mln. ədəd, emissiyanın ümumi həcmi isə 17 144,8 min manat təşkil edir.
Ekspertlərin fikrincə, «Xalq Sığorta» səhmlərinin yerləşdirilməsinə artıq may ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2,6 dəfə artıraraq 27 824,8 min manata çatacaq.
Qeyd edək ki, «Xalq Sığorta» ASC 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 10,68 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR