Bank Of Baku

Kosovo Beynəlxalq Valyuta Fonduna üzv olub

Kosovo Beynəlxalq Valyuta Fonduna üzv olub
# 09 may 2009 09:27 (UTC +04:00)
Kosovo – APA. Beynəlxalq Valyuta Fondu (BVF) Kosovo Respublikasının təşkilata üzv qəbul edib. APA-nın məlumatına görə, proseduraların başa çatdırılması üçün Kosovo rəhbərliyi sadəcə olaraq rəsmən buna razılıq verməli və BVF-nin Vaşinqtondakı mənzil-qərargahında müvafiq sazişi imzalamalıdır.

Bununla da BVF-nin üzvlərinin ümumi sayı 186-ya çatıb, ilkin kvotası isə 88,64 mln. dollar həcmində nəzərdə tutulur. Üzv dövlətlərin məcmu kvotası isə 326,6 mlrd. dollara bərabərdir.

Qeyd edək ki, Kosovo BVF-yə üzvlüklə bağlı 2008-ci ilin iyul ayında təşkilata rəsmən müraciət edib. Həmin vaxt respublika rəhbərliyi Dünya Bankına da üzvlüklə bağlı müraciət ünvanlayıb, lakin hələ bununla bağlı rəsmi cavab almayıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 17-də Kosovo birtərəfli qaydada müstəqilliyi barədə bəyanatla çıxış edib və indiyədək yeni dövləti 55 ölkə tanıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR