Bank Of Baku

Azərbaycan İpoteka Fondu bazara istiqraz çıxarır

Azərbaycan İpoteka Fondu bazara istiqraz çıxarır
# 09 may 2009 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının ortalarında Azərbaycan İpoteka Fondu ölkənin qiymətli kağızlar bazarına yeni maliyyə aləti çıxarmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

R.Aslanlının sözlərinə görə, növbəti həftədən etibarən qiymətli kağızlar bazarına yeni alət - ipoteka istiqrazları çıxarılacaq: «Həmin istiqrazların dövriyyəyə çıxarılması üçün biz qanunvericilik və institusional bazaları sazlamışıq».

QKDK-nın sədri onu da bildirib ki, yeni alətin qiyməti bazarda tələb və təklif əsasında müəyyənləşəcək: «Yeni alət ümumiyyətlə ipotekanın qiymətli kağızlar vasitəsilə yenidən maliyyələşdirilməsi, onun davamlılığını təmin edəcək. Bu gün dünyada qiymətli kağızların gəlirliyi çox aşağı səviyyədədir. Azərbaycanın isə bu situasiyada müəyyən investisiyaları həmin qiymətli kağızlar və digər sahələrdə də qiymətli kağızlar vasitəsi ilə cəlb etmək imkanı var. Ölkədəki makroiqtisadi göstəricilər və iqtisadi sabitlik müqayisəli üstünlük verir və investorların həmin kağızlara maraq göstərəcəyinə ümid etməyə əsas verir».

R.Aslanlının sözlərinə görə, Azərbaycanın Türkiyə, Lüksemburq və Yaxın Şərq ölkələrinin qiymətli kağızlar bazarının təmsilçiləri ilə apardığı müzakirələr Azərbaycanda zəruri imkanların mövcudluğunu göstərir.

Bundan başqa QKDK sədri bildirib ki, yeni alət istehlakçılarla bir başa əlaqəli deyil. Belə ki, yeni alətlər hesabına İpoteka Fondu yeni kreditlərin maliyyələşdirilməsini təmin edə biləcək: «Fond hazırkı 68 mln. manatlıq kredit portfelini təminat kimi təqdim edərək, onun müqabilində kağızlar buraxıb və vəsaitlər cəlb edəcək. Həmin vəsaitlər hesabına verilmiş kreditlər yenidən maliyyələşdiriləcək və yeni formalaşan portfel yeni kağızların buraxılması və yeni vəsaitlərin cəlb edilməsini təmin edəcək. Bununla da sistemin dayanıqlılığı və davamlılığı təmin olunacaq».

R.Aslanlı həmçinin qeyd edib ki, qiymətli kağızlar bazarına çıxarılacaq ipoteka istiqrazları stimullaşdırıcı rol oynayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR