Bank Of Baku

Nazir: “Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsində neftin qiyməti dəyişdirilməyib”

Nazir: “Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsində neftin qiyməti dəyişdirilməyib”
# 10 may 2009 10:31 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. S. Şərifov 2009-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsinin də artıq hazır olduğunu vurğulayıb.

Büdcənin gəlirlər hissəsində neftin 2009-cu ilin əvvəlində müəyyənləşdirilmiş baza qiymətinin dəyişdirilib-dəyişdirilməyəcəyinə gəlincə, maliyyə naziri buna ehtiyac olmadığını bildirib.

Xatırladaq ki, 2009-cu ilin dövlət büdcəsi tərtib olunarkən neftin baza qiyməti 1 barrel üçün 70 ABŞ dolları götürülüb.

Qeyd edək ki, 2009-cu ilin dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri 12 355 mln. manat səviyyəsində təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR