Bank Of Baku

Azərbaycanda mənfəət vergisinin dərəcəsi azaldılacaq

Azərbaycanda mənfəət vergisinin dərəcəsi azaldılacaq
# 10 may 2009 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda mənfəət vergisinin dərəcəsinin aşağı salınması planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

«Mənfəət vergisi dərəcəsinin azaldılması ilə bağlı planlar var. Təkliflər yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq», - deyə nazir vurğulayıb.

Maliyyə naziri bu addımın ölkədə biznesə dəstək məqsədi daşıdığını qeyd edib. Əlavə dəyər vergisinin (ƏDV) azaldılmasına gəlincə, S. Şərifov bunun ölkə iqtisadiyyatına nə müsbət, nə də mənfi təsir göstərəcəyini deyib.

Qeyd edək ki, hökumətdə mənfəət vergisi üzrə faiz dərəcəsinin 2 faiz aşağı salınması razılaşdırılıb. Vergi Məcəlləsinə dəyişikliklər mayın 15-dək parlamentə təqdim olunacaq.

Xatırladaq ki, hazırda Azərbaycanda mənfəət vergisi üzrə faiz dərəcəsi 22% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR