Bank Of Baku

«Azərdəmiryolbank»ın aktivləri son bir ildə 25% artıb

«Azərdəmiryolbank»ın aktivləri son bir ildə 25% artıb
# 12 may 2009 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 213,029 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,1% azalaraq 56,923 mln. manat, kredit portfeli 23,2% artaraq 157,354 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 50,3% genişlənərək 64,817 mln. manat təşkil edib.
Həmçinin, bankın məcmu kapitalı 25,3% artaraq 38,538 mln. manata, o cümlədən nizamnamə kapitalı 28,8% artaraq 13,400 mln. manata çatıb.
Qeyd edək ki, son bir ildə bankın gəlirləri 15% azalaraq 8,977 mln. manat, xərcləri isə 16% azalaraq 6,768 mln. manat olub. Nəticədə, bankın mənfəəti 12% azalaraq 2,208 mln. manat təşkil edib.
Xatırladaq ki, bu müddət ərzində bank tərəfindən 5 filial açılıb, eyni zamanda 3 bankomat və 98 POS-terminal quraşdırılıb.
«Azərdəmiryolbank SKB-nin nizamnamə kapitalında «25%+1 səhm» zərfi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» 1989-cu ildə təsis edilib və hazırda respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın işçilərinin sayı 525 nəfər, orta aylıq əmək haqqı isə 763 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR