Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatları üzrə orta göstərici) 0,01% azalaraq 0,8030 manat təşkil edib. Dolların rəsmi məzənnəsi 0,03% artaraq 0,8036 manata, nağd alış və satış məzənnələri (banklar üzrə orta göstəricilər) isə müvafiq olaraq 0% və 0,01% artıb və 0,8017 və 0,8063 manata bərabər olub:
Göründüyü kimi, ötən həftə ərzində birja dövriyyəsinin azalması fonunda məzənnə sabitliyi davam edib. Bununla belə, nağdsız və nağd dollar üzrə məzənnələr arasındakı orta marja saxlanılır ki, bu da dolların məzənnəsinin sabitliyinin daha bir sübutudur.
Qeyd edək ki, adətən, nağdsız və nağd bazarlar arasında olan məzənnə dəhlizinin genişlənməsi valyuta bazarında qeyri-sabitliyin ilkin əlaməti olur. Azərbaycanda isə bu baş vermir və buna görə də, birja dövriyyəsinin azalması və valyuta intervensiyası çərçivəsində Mərkəzi Bankın iştirakının azalmasını nəzərə alaraq demək olar ki, məzənnə sabitliyi artıq obyektiv amilə çevrilib.
Həftənin yekunlarına görə, avronun məzənnəsinin dəyişməsinə gəldikdə, burada 0,24% səviyyəsində azalma müşahidə olunub: