Bank Of Baku

«Azərnəqliyyatbank» nizamnamə kapitalını artırır

«Azərnəqliyyatbank» nizamnamə kapitalını artırır
# 12 may 2009 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu il ərzində nizamnamə kapitalını 40,2% artıraraq 15 mln. manata çatdırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov bildirib.
F.Bağırovun sözlərinə görə, 4,3 mln. manat həcmində elan olunmuş əlavə səhm emissiyasının yerləşdirilməsi prosesi bir il ərzində həyata keçiriləcək.
F.Bağırov nizamnamə kapitalının bankın mövcud səhmdarları hesabına artırılacağını bildirib.
Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Ötən ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 19,975 mln. manat, kredit portfeli 16,050 mln. manat, depozit portfeli 8,043 mln. manat, məcmu kapitalı 11,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib. Bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR