Bank Of Baku

Analitiklər: ABŞ iqtisadiyyatı artıq ikinci yarımillikdə artmağa başlayacaq

Analitiklər: ABŞ iqtisadiyyatı artıq ikinci yarımillikdə artmağa başlayacaq
# 12 may 2009 11:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ iqtisadiyyatının artması artıq 2009-cu ilin III rübündə başlaya bilər, gələn il isə iqtisadiyyatın ümumilikdə illik dinamikası müsbət olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə «Blue Chip Economic Indicators» tədqiqat şirkətinin icmalında bildirilir. «Blue Chip Economic Indicators» icmalının məlumat və hesablamaları ABŞ-ın ən iri şirkət, bank, universitet və tədqiqat mərkəzlərinin 50-dən çox iqtisadçısının proqnozlarına əsaslanır.
Ekspertlər hesab edirlər ki, 2009-cu ilin I rübündə ABŞ iqtisadiyyatının 6,3% azalmasından sonra, II rübdə ÜDM-in azalma tempi 1,7%-ə enəcək. İcmala əsasən, ötən ay ölkədə biznes fəallığının azalma tempinin enməsi üçün sübütlar aşkarlanıb ki, bu da öz növbəsində iqtisadiyyatın geriləmədən artıq ikinci yarımillikdə çıxacağı ilə bağlı gözləmələri gücləndirib. Nəticədə, iqtisadçılar iyul-sentyabr aylarında ÜDM-in 0,5% artacağını, oktyabr-dekabr aylarında isə bu göstəricinin 1,8%-dək güclənəcəyini proqnozlaşdırırlar. Eyni zamanda, I və II rüblərdəki azalma nəticəsində yekun ÜDM-in illik dinamikası mənfi 2,8%, lakin 2010-cu ildə müsbət 1,9% səviyyəsində gözlənilir.
Bu cür fikirləri dəstəkləyən məşhur investor Corc Soros öz növbəsində qeyd edib ki, iqtisadiyyatın geriləməsi artıq özünün ən minimal həddinə çatıb və tezliklə azalma tendensiyası artımla əvəz olunacaq və bunun nəticəsində böhrandan ilk olaraq Asiya, sonra isə ABŞ çıxacaq.
Lakin 2008-ci il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatçısı olmuş Pol Kruqmanın sözlərinə iqtisadiyyatın bərpası prosesi tam dolğun olmaya bilər, çünki iqtisadiyyatın və bankların stimullaşdırılması tədbirləri nəticəsində maliyyə sektorunun kreditləşdirmə qabiliyyəti çox aşağı səviyyəyə enib ki, onun tam sağlam vəziyyətə qısa bir zamanda qayıtması şübhəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR