Bank Of Baku

«Azərnəqliyyatbank» gələn il ipoteka proqramının icrasına başlaya bilər

«Azərnəqliyyatbank» gələn il ipoteka proqramının icrasına başlaya bilər
# 12 may 2009 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SMB) 2010-cu il ərzində özünün ipoteka proqramının icrasına başlamaq niyyətindədir.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bu tip kreditlərin verilməsi prosesinə bank tam hazır olmalıdır: «Çünki, ipoteka kreditləri uzunmüddətli olduğu üçün, xaricdən cəlb olunan resurslar da uzunmüddətli olmalıdır. Düşünürəm ki, bu il ərzində bankımız tərəfindən belə bir ideya irəli sürülməyəcək. Bu baxımdan, proqramın icrasına cari il başlasaq da, bu heç bir müsbət nəticə verməyəcək».

E.Məmmədovun sözlərinə görə, növbəti il ərzində proqramın həyata keçirilməsi üçün bir neçə xarici maliyyə qurumu ilə danışıqlar aparılır.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Ötən ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 19,975 mln. manat, kredit portfeli 16,050 mln. manat, depozit portfeli 8,043 mln. manat, məcmu kapitalı 11,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib. Bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR