Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının lizinq portfelinin 2009-cu il aprel ayının 1-nə olan həcmi barədə məlumat verilir:
(mln. AZN)
Lizinq təşkilatları |
Lizinq portfeli | |
1 | Parex Leasing & Factoring | 38,849 |
2 | UniLeasing | 34,123 |
3 | AGLeasing | 12,183 |
4 | Texnika Leasing | 6,807 |
5 | Nikoil Leasing | 5,756 |
6 | AtaLeasing | 4,203 |
Cədvəldən göründüyü kimi, renkinqdə lizinq xidmətləri bazarında portfelin həcminə görə ilk yeri «Parex Leasing» tutur.
İlk üçlüyə həmçinin «UniLeasing» və «AGLeasing» şirkətləri düşüb. Bu üç şirkətin məcmu lizinq portfelinin həcmi cari rübün əvvəlinə 85,155 mln. manata çatır.
Sonrakı yerləri tutan 4 şirkətin lizinq portfelinin ümumi həcmi isə bu göstəricidən təxminən 5,1 dəfə azdır.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
Qeyd edək ki, ötən ilin yekunlarına görə Azərbaycanın lizinq bazarında liderlik edən «Joint Leasing» şirkəti bu dəfə müvafiq göstəricilərini «APA-Economics»ə təqdim etməyib və qeyri-rəsmi məlumatlara görə, bu, şirkətin maliyyə göstəricilərinin ilin əvvəlindən kəskin pisləşməsi ilə bağlıdır.