Bank Of Baku

«UniBank» əmanətlər üzrə faiz dərəcələrini artırır

«UniBank» əmanətlər üzrə faiz dərəcələrini artırır
# 12 may 2009 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) depozit məhsullarını təkmilləşdirərək, vətəndaşların əmanətləri üzrə faiz dərəcələrini bazarın konyunkturuna uyğun optimallaşdırıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin may ayının 15-dən bank milli valyutada olan bütün «Müddətli» əmanətlər üzrə faiz dərəcələrini artırır. Müddətli əmanətləri 6 aydan 2 ilədək qəbul edən bank, müvafiq manat depoziti açan müştərilərinə, faizlərin hesablanmasından asılı olaraq, 12%-dən 17%-dək illik gəlirlik təklif edir.
«Müddətli» depozitin minimal məbləği 1000 manat (dolar və ya avro) təşkil etməlidir.

«Müddətli» depozit üzrə faiz dərəcələri



Depozitin müddəti

Faizlərin hesablanması

Ayda 1 dəfə

Yarım ildə 1 dəfə

İldə 1 dəfə

Depozit müddətinin sonunda

 

AZN

USD

EUR

AZN

USD

EUR

AZN

USD

EUR

AZN

USD

EUR

6 ay

12%

12%

-

-

-

-

-

-

-

12,6%

12,6%

-

12 ay

14%

14%

9%

14,5%

14,5%

9,2%

-

-

-

15%

15%

9,4%

18 ay

14,5%

14,5%

9%

14,8%

14,8%

9,2%

-

-

-

16%

16%

9,6%

24 ay

15%

15%

9%

15,5%

15,5%

9,2%

16%

16%

9,4%

17%

17%

9,8%



Əmanətin məbləğindən asılı olaraq, müştərilərə pulsuz «Visa Electron», «MC Maestro», «Visa Classik» «MC Standard», «Visa Gold» «MC Gold», «Visa Platinum» və «MC Platinum» plastik kartlar verilir.
Bank həmçinin «Proqressiv» və «Yığım» depozitləri üzrə faiz dərəcələrini də optimallaşdırır və burada əmanətlərin minimal məbləği müvafiq olaraq 500 manat (dollar və ya avro) və 200 manat (dollar və ya avro) təşkil edir. Bu zaman bütün «Proqressiv» depozit əmanətçiləri əmanət məbləğinin 90%-i həcmində, güzəştli faiz dərəcəsi ilə kredit xəttinin alıcısı ola bilər.

«Proqressiv» depozit üzrə faiz dərəcələri



Depozitin müddəti

AZN

USD

EUR

3 aya qədər

7%

7%

-

3 aydan 6 aya qədər

8%

8%

5%

6 aydan 9 aya qədər

10%

10%

6%

9 aydan 12 aya qədər

11%

11%

7%

12 ay

14%

14%

9%



«Yığım» depoziti üzrə faiz dərəcələri



AZN

USD

EUR

12%+2% bonus

12%+2% bonus

8%+2% bonus



Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR