Bank Of Baku

Azərbaycanda özəl sektora ayrılan bank kreditlərinin həcmi ilin əvvəlindən 13% azalıb

Azərbaycanda özəl sektora ayrılan bank kreditlərinin həcmi ilin əvvəlindən 13% azalıb
# 13 may 2009 11:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2009-cu ilin aprelin 1-nə verilmiş kreditlərin 5 663,5 mln. manatı və ya 91%-i özəl sektorun tələbatının ödənilməsinə yönəldilib. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, son bir ildə və son bir rübdə bu göstərici 0,5 faiz bəndi artıb.

Beləliklə, bankların kredit portfelində özəl sektorun payı yüksək səviyyədə qalmaqdadır. Eyni zamanda qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən özəl sektora verilən kreditlərin həcmi 821,4 mln. manat və ya 12,7% azalıb, lakin ümumilikdə kredit portfelinin azalması səbəbindən özəl sektorun xüsusi çəkisi sabit qalıb.

Özəl sektorun bankların kredit portfelində 9/10 hissəsinə malik olması bir neçə amillə bağlıdır. İlk növbədə bu, dövlət sektorunun əsasən dövlət investisiyaları hesabına inkişaf etdiyini göstərir, dövlət əhəmiyyəti olmayan və dövlət büdcəsindən kifayət qədər maliyyələşməyən dövlət sektorunun subyektləri maliyyəsiz qalır. Digər tərəfdən isə özəl bankların özəl sektorun subyektləri ilə işləməsi daha faydalı görünür, çünki kommersiya bankları adətən dövlət tərəfindən hər hansı təzyiq ehtimallarından belə uzaq olmağa çalışır. Həmçinin, özəl sektorun dövlət dəstəyi olmadığı halda kənardan maliyyələşməsi üçün əsas (və əksər hallarda yeganə) mənbə kimi məhz bank kreditləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR