Bank Of Baku

«Azərnəqliyyatbank» filial şəbəkəsini üç dəfə genişləndirir

«Azərnəqliyyatbank» filial şəbəkəsini üç dəfə genişləndirir
# 13 may 2009 12:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu il ərzində mövcud filial şəbəkəsini 3 dəfə genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov bildirib.

F.Bağırovun sözlərinə görə, bankın strateji planına uyğun olaraq, bu il ümumilikdə 8 yeni filialın açılması planlaşdırılır ki, bunun da 7-si bölgələrdə yerləşəcək. Bununla da bankın filiallarının ümumi sayı 12-yə çatacaq. «Bizim planımıza uyğun olaraq, bu həftə ərzində bankın Gəncə filialı istifadəyə veriləcək. Bu filial demək olar ki, tam istifadəyə hazırdır. Bundan başqa, yaxın 15 gün ərzində daha bir filial Mingəçevir şəhərində fəaliyyətə başlayacaq. Bu məqsədlə yaxın günlərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən hər iki filial üçün lisenziyanın veriləcəyi gözlənilir», - deyə F.Bağırov vurğulayıb.

F.Bağırov ilin sonunadək Şirvan, Xaçmaz, Qusar, İmişli, Sumqayıt və Bakıda da yeni filialların açılacağını bildirib: «İmişlidə filialın açılması hazırda bu rayonun sosial-iqtisadi vəziyyətinin öyrənilməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində müəyyənləşəcək».

Qeyd edək ki, hazırda bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Ötən ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 19,975 mln. manat, kredit portfeli 16,050 mln. manat, depozit portfeli 8,043 mln. manat, məcmu kapitalı 11,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR