Bank Of Baku

Azərbaycan Dünya İqtisadi Forumunun Yaxın Şərq üzrə növbəti toplantısında iştirak edəcək

Azərbaycan Dünya İqtisadi Forumunun Yaxın Şərq üzrə növbəti toplantısında iştirak edəcək
# 13 may 2009 12:22 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərliyi altında nümayəndə heyəti bu həftə İordaniyaya səfər edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, may ayının 15-17-də İordaniyada Dünya İqtisadi Forumunun Yaxın Şərq üzrə növbəti, V toplantısı keçiriləcək. Toplantının işində 80-dən çox ölkəni təmsil edən 1 300-dən artıq rəsmi və işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər. Forumun budəfəki iclasında qlobal iqtisadi böhranın regiona təsiri və böhrandan çıxış yollarının tapılması istiqamətində müzakirələr aparılacaq.

Toplantıda Xorvatiya, Estoniya, Livan, Pakistan, Qətər, Sloveniya, Gürcüstan, Şri Lankanın dövlət başçıları, Salvador və İraqın vitse-prezidentləri, Qazaxıstan, Küveyt, Livan, Mərakeşin baş nazirləri, digər dövlətlərin müxtəlif nazirləri, İslam Konfransı Təşkilatı, Avropa Komissiyası, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası, UNRWA, Dünya Bankı və s. beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Azərbaycan nümayəndə heyətinin Forumun rəsmi və işçi iclaslarında, habelə tədbir zamanı müxtəlif mövzular üzrə aparılacaq müzakirələrdə iştirak edəcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR