Bank Of Baku

«Muğan Bank» son bir ildə aktivlərini 27% artırıb

«Muğan Bank» son bir ildə aktivlərini 27% artırıb
# 13 may 2009 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 108,783 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 27% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 46,5% genişlənərək 44,170 mln. manat, kredit portfeli 6,7% artaraq 69,753 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,5 dəfə azalaraq 11,385 mln. manat olub.

Həmçinin, bankın məcmu kapitalı 42,3% artaraq 20,428 mln. manata, o cümlədən nizamnamə kapitalı 64% artaraq 18 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 35,2% artaraq 3,110 mln. manat, xərcləri isə 51% artaraq 3,747 mln. manat olub. Nəticədə, bank cari ilin ilk rübünü 637 min manat zərərlə başa vurub.

Bundan başqa, bu dövr ərzində bank tərəfindən əlavə 5 filial açılıb, 6 bankomat və 12 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın hazırda 24 filialı, 27 bankomatı və 63 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR