Bank Of Baku

Türk Sığorta İnstitutu Vakfı Azərbaycanda sığortaçılar üçün tədris kursu keçirəcək

Türk Sığorta İnstitutu Vakfı Azərbaycanda sığortaçılar üçün tədris kursu keçirəcək
# 13 may 2009 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayının 25-dən iyun ayının 22-dək Türk Sığorta İnstitutu Vakfı (TSEV) Dönəm Təməl Sığortaçılıq Proqramı əsasında Azərbaycanda fəaliyyət göstərən sığorta, təkrarsığorta şirkətlərinin nümayəndələri, eləcə də maraqlanan digər şəxslər üçün tədris kursu təşkil edəcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) «APA-Economics»ə verilən məlumata görə, dərslər TSEV-in müəllimləri tərəfindən aparılacaq və dərslərin keçirilmə müddəti, tədris haqqı iştirakçının ərizə formasında qeyd edilib. Kursda iştirak etmək istəyənlər ASA-ya müraciət edə bilərlər.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatların ödədiyi illik üzvlük haqqı isə 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR