Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların (2009-cu il aprel ayının 1-nə) dəyəri barədə məlumat verilir:
Lizinq şirkətləri
|
Verilən avadanlıqların dəyəri (mln. AZN) | Müqavilələrin sayı
| |
1 | UniLeasing | 50,20 | 778 |
2 | AGLeasing | 16,11 | 138 |
3 | Nikoil Leasing | 6,99 | 11 |
4 | Texnika Leasing | 3,82 | 50 |
5 | AtaLeasing | 1,33 | 93 |
6 | Parex Leasing & Factoring | - | 566 |
Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında verilən avadanlıqların dəyərinə görə «UniLeasing» şirkəti ilk yeri tutur.
İlk üçlüyə həmçinin «AGLeasing» və «Nikoil Leasing» şirkətləri daxildir. Bu üç şirkətin lizinqə verdiyi avadanlıqların məcmu dəyəri aprelin əvvəlinə təxminən 73,3 mln. manata bərabərdir.
Qeyd edək ki, bu müddət ərzində «Parex Leasing & Factoring» şirkəti tərəfindən lizinqə heç bir avadanlıq verilməyib. Şirkət rəsmiləri bunu lizinqə verilmiş avadanlıqlar üzrə borcların yığılması ilə izah edib.
Bundan başqa, cədvəldə şirkətlərin lizinq müqavilələrinin sayı da göstərilib. Bu sırada da ilk yerdə «UniLeasing» şirkəti qərarlaşıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
Qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycanın lizinq bazarında liderlik edən «Joint Leasing» şirkəti bu dəfə müvafiq göstəricilərini «APA-Economics»ə təqdim etməyib və qeyri-rəsmi məlumatlara görə, bu, şirkətin maliyyə göstəricilərinin ilin əvvəlindən pisləşməsi ilə bağlıdır.