Bank Of Baku

Azərbaycanda qeyri-standart bank aktivlərinin payı artır

Azərbaycanda qeyri-standart bank aktivlərinin payı artır
# 13 may 2009 14:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin 406,44 mln. manatı və ya 5,2%-i qeyri-standart aktivlərin payına düşür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz bəndi azalıb, cari ilin birinci rübü ərzində isə 0,8 faiz bəndi artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstəricinin 157,49 mln. manatı (2%) qeyri-qənaətbəxş, 150,54 mln. manatı (1,9%) təhlükəli və 98,41 mln. manatı (1,3%) ümidsiz aktivlərin payına düşür.

Qeyd edək ki, bu ilin əvvəlindən qeyri-standart aktivlərin bütün tərkib hissələri üzrə həm mütləq, həm də nisbi miqdarlar üzrə artım müşahidə olunur. Beləliklə, bank sistemində aktivlərin keyfiyyətinin pisləşməsi etiraf olunmalıdır. Eyni zamanda vurğulamaq lazımdır ki, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlərin miqdarı həm dünya praktikası baxımından, həm də dünya maliyyə böhranının Azərbaycan bank sisteminə təsiri baxımından hələ də məqbul səviyyədədir.

Aktivlərin keyfiyyətinin pisləşməsinin bir sıra makroiqtisadi və subyektiv səbəbləri var ki, bunun meydana gəlməsində isə böhranın nəticələrinin müəyyən dərəcədə rolu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR