Bank Of Baku

«Azərnəqliyyatbank» son bir ildə aktivlərini 2,4 dəfə artırıb

«Azərnəqliyyatbank» son bir ildə aktivlərini 2,4 dəfə artırıb
# 14 may 2009 06:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 46,420 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəricidən 2,4 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 30% azalaraq 5,268 mln. manat, kredit portfeli 1,3% artaraq 16,157 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 8,1% artaraq 6,862 mln. manat olub.

Həmçinin, bankın məcmu kapitalı 5,1% artaraq 11,655 mln. manata, o cümlədən nizamnamə kapitalı 1% artaraq 10,784 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 2,3 dəfə artaraq 2,320 mln. manat, xərcləri isə 2,2 dəfə artaraq 2,087 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 3,8 dəfə artaraq 0,233 mln. manat olub.

Xatırladaq ki, bu müddət ərzində bankın işçilərinin sayı 7,8% artaraq 110 nəfərə, orta aylıq əmək haqqı isə 57,4% artaraq 543 manat təşkil edib.

«Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR