Bank Of Baku

Azərbaycan bankları üzrə məqsədli ehtiyatların aktivlərə nisbəti artır

Azərbaycan bankları üzrə məqsədli ehtiyatların aktivlərə nisbəti artır
# 14 may 2009 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlər üzrə zərərin ödənilməsi üçün məqsədli ehtiyatların aktivlərin ümumi məbləğinə nisbəti 2009-cu ilin aprelin 1-nə 2,7% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, cari ilin birinci rübündə bu göstərici 0,5 faiz bəndi artıb.

Sözügedən məqsədli ehtiyatların artması ilk növbədə ümumi aktivlərin artması səbəbindən baş verə bilər, lakin birinci rübdə, əksinə olaraq, Azərbaycan kommersiya banklarının ümumi aktivlərinin həcmi 10,274 mlrd. manatdan 8,815 mlrd. manata qədər azalıb. Təhlil olunan göstəricinin aktivlərə tərs mütənasib olduğunu nəzərə alaraq, məcmu aktivlərin azalması fonunda zərərin ödənilməsi üçün məqsədli ehtiyatların da azalması gözlənilir və aktivlərin azalması şəraitində ehtiyatlar da mütənasib olaraq azalmalıdır ki, yekun nisbət sabit qalsın. Reallıqda isə əks proses baş verib.

Bunu nəzərə alaraq, qeyd etmək olar ki, aktivlərin tərkib hissələri üzrə keyfiyyətin azalması baş verir və bu halda aktivlər üzrə məqsədli ehtiyatların mütləq həcmi artır.

Xatırladaq ki, Mərkəzi Bankın hesablamalarına görə, qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivləri cəmləşdirən bankların qeyri-standart aktivlərinin ümumi aktivlərdə xüsusi çəkisi 2009-cu ilin I rübündə 0,8 faiz bəndi artaraq aprelin 1-nə 5,2% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR