Bank Of Baku

Azərbaycanda ÜTT-nin xidmətlərlə ticarət üzrə baş sazişinə dair seminarlar keçirilir

Azərbaycanda ÜTT-nin xidmətlərlə ticarət üzrə baş sazişinə dair seminarlar keçirilir
# 14 may 2009 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) xidmətlərlə ticarət üzrə baş sazişinə (GATS) dair seminarlara başlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Ədliyyə, Səhiyyə, İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edir.

Seminarlarda ÜTT-nin ekspertləri tərəfindən xidmətlərlə ticarət üzrə baş sazişin əhatə dairəsi, xidmətlərə dair öhdəlikləri əks etdirən Milli Cədvəlin tərtibi (bazara giriş və milli rejim), ÜTT-yə üzv dövlətlərin xidmətlər sahəsində təcrübəsi barədə seminar iştirakçılarına məlumat verilib.

Qeyd edək ki, seminarlar 3 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR