Bank Of Baku

Bakıda MDB Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin iclası keçirilir

Bakıda MDB Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin iclası keçirilir
# 14 may 2009 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin II iclası işə başlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev ölkənin gömrük orqanlarının tarixindən məlumat verib və qeyd edib ki, müasir dövrdə gömrük məntəqələrində terrorizm, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bu kimi qanun pozuntuları müşahidə olunur.

Tədbirin vacibliyindən danışan A.Əliyev onu da bildirib ki, iclasda gömrük sahəsində hüquq-mühafizə orqanlarının əməkdaşlığın əsas prioritetləri və qanun pozuntuları ilə mübarizə yolları müəyyənləşdiriləcək, əqli-mülki hüquqların pozuntusu, kinologiya, gömrükdə peşəkarlığın artırılması və bir sıra digər məsələlər müzakirə olunacaq.

Toplantıda çıxış edən MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin sədri, Rusiya Gömrük Xidməti sədrinin müavini İqor Zavrajnov bildirib ki, tədbirdə əsasən gömrük sahəsinin 15 məsələsi gündəmə çıxarılaraq müzakirə olunacaq.

Qeyd edək ki, iclasda həmçinin Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstanın gömrük orqanlarının nümayəndələri iştirak edir. Türkmənistan və Ermənistan təmsilçiləri tədbirə qatılmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR