Bank Of Baku

Azərbaycan gömrükçüləri bu il 90 kq-dan artıq narkotik vasitə saxlayıb

Azərbaycan gömrükçüləri bu il 90 kq-dan artıq narkotik vasitə saxlayıb
# 14 may 2009 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlindən indiyədək Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən ölkənin gömrük məntəqələrində 90 kq-dan artıq narkotik vasitə saxlanılıb. «APA-Economics»in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirərkən Azərbaycandan əsasən tranzit ölkə kimi istifadə olunur: «Əgər 10-15 il bundan əvvəl narkotik vasitələri gömrük məntəqələrində az həcmdə saxlanılırdısa, hazırda bu narkotik maddələrin həcmi onlarla kiloqramla ölçülür. Belə ki, cari ilin əvvəlindən indiyədək gömrük orqanları tərəfindən 90 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb».

A.Əliyev onu da bildirib ki, 2008-ci il ərzində Azərbaycanın gömrük tarixində rekord həcmdə narkotik vasitə saxlanılıb. Belə ki, narkotik vasitələrin ümumi həcmi 356 kq təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR