Bank Of Baku

Azərbaycan hökuməti ipoteka kreditləşməsi qaydalarına əlavələr hazırlayır

Azərbaycan hökuməti ipoteka kreditləşməsi qaydalarına əlavələr hazırlayır
# 14 may 2009 11:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti ipoteka kreditlərinin verilməsi ilə bağlı qaydalara bir sıra əlavə və dəyişikliklər hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) sədri Arif Qaraşov bildirib.

A.Qaraşov «İpoteka haqqında» qanuna ediləcək bəzi dəyişikliklərin mahiyyətini də açıqlayıb. DƏDRX rəisinin sözlərinə görə, ipoteka krediti ilə alınması nəzərdə tutulan daşınmaz əmlakın özünün girov predmeti olması təklif edilir: «Mənzil sahəsini almaq istəyən vətəndaşın girov qoymağa əmlakı yoxdursa, o zaman alacağı mənzili girov qoyacaq. Dünya praktikasına uyğun olaraq gələcəkdə o, kredit şərtlərinə əməl edə bilməzsə, girov saxlanılan mənzil başqasına satılacaq. Hesab edirəm ki, bu gənclərin mənzil almaları üçün böyük imkanlar açacaq».

Qeyd edək ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin əvvəlində başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR