Bank Of Baku

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 15% artırıb

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 15% artırıb
# 14 may 2009 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 117,086 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəriciyə nisbətən 14,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 18% genişlənərək 49,990 mln. manata, kredit portfeli 2,7% artaraq 89,549 mln. manata çatıb.

Həmçinin, bankın məcmu kapitalı 33% artaraq 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 50% artaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 11% azalaraq 4,435 mln. manat, xərcləri isə 0,3% artaraq 4,471 mln. manat olub. Nəticədə, bank bu ilin birinci rübünü 36,4 min manat zərərlə başa vurub. Ötən ilin yanvar-mart aylarında isə bank 426 min manat həcmində mənfəət əldə edib.

Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR