Bank Of Baku

Azərbaycanda qaçaqmalçılığa görə saxlanılan qadınların sayı ilbəil artır

Azərbaycanda qaçaqmalçılığa görə saxlanılan qadınların sayı ilbəil artır
# 14 may 2009 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda qaçaqmalçılığa görə saxlanılan qadınların sayı ilbəil artır. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) Hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı bildirib.

G.Muradlının sözlərinə görə, ötən il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən qaçaqmalçılıqla məşğul olan 10 qadın saxlanılıb ki, onların əksəriyyəti xarici dövlətlərin vətəndaşlarıdır: «Ümumiyyətlə, qaçaqmalçılıqla məşğul olan qadınların sayı ilbəil artır».

G.Muradlı onu da bildirib ki, ötən il ərzində Azərbaycanda cinayət qruplaşmalarının narkotik vasitələri qanunsuz ölkəyə keçirilməsi üzrə 14 fakt qeydə alınıb.

Bundan başqa, DGK-nın idarə rəisi qeyd edib ki, son altı il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən 113 842 ədəd yararsız dərman preparatı aşkarlanaraq məhv edilib: «Gömrük Komitəsi tərəfindən 2003-2008-ci illər ərzində həmçinin 438 720 ABŞ dolları, 41,693 qram qızıl, 419,168 qram gümüş, 1 398 kq balıq kürüsü saxlanılıb».

Son 5 il ərzində isə DGK tərəfindən 375 xalça, 660 ədəd tarixi və dini kitab, 778 sikkə, 11 ikona, 9 orden və medal saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR