Bank Of Baku

«Joint Leasing» şirkəti son bir ildə məcmu kapitalını 65% artırıb

«Joint Leasing» şirkəti son bir ildə məcmu kapitalını 65% artırıb
# 14 may 2009 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» Azərbaycan-Britaniya şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 40,157 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 23,1% azdır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinq müqavilələrinin sayı 47,3% artaraq 386-ya, verilən avadanlıqların dəyəri isə 46% azalaraq 1,545 mln. manat təşkil edib.

Şirkətin bu müddət ərzində ölkə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 49% azalaraq 1,189 mln. manat, məcmu kapitalı 65% artaraq 2,731 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 700 min manat olub.

Qeyd edək ki, şirkətin maliyyə göstəricilərinin azalmasının səbəbini Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədr müavini Vaqif Əkbərov hazırkı şəraitdə dünya miqyasında müşahidə olunan vəsait çatışmazlığı və qlobal maliyyə böhranı ilə izah edib.

V.Əkbərov bu problemin tezliklə aradan qalxacağını bildirib: «Lizinq bazarı bizim bank üçün əsas prioritetlərdən biridir və «Joint Leasing» şirkətinə lazımi səviyyədə maliyyə dəstəyi göstəriləcək. Bununla yanaşı, şirkət özü də ötən ili olduqca müsbət göstəricilərlə başa vurub. İstənilən halda, tezliklə «Joint Leasing»in yenidən Azərbaycanın lizinq bazarında liderliyə yüksələcəyinə əminəm».

Xatırladaq ki, «Joint Leasing» Qapalı Səhmdar Cəmiyyəti (QSC) 14 iyun 2007-ci il tarixindən «AzeriLeasing» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Azərbaycan Beynəlxalq Bankı (47,6%) və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının «Dolphin Leasing Ltd.» (52,4%) şirkəti daxildir. «Joint Leasing» şirkətinin sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan «AzeriLeasing şirkəti» isə 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR