Bank Of Baku

«Texnikabank» son bir ildə aktivləri 17% artırıb

«Texnikabank» son bir ildə aktivləri 17% artırıb
# 14 may 2009 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin may ayının 1-nə 444,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın kredit portfeli 343,8 mln. manat, fiziki şəxslərə təqdim olunan istehlak kreditlərinin həcmi isə 60,1 mln. manat təşkil edib. Bu göstərici (istehlak kreditləri) ötən ilin müvafiq dövrünün göstəricisindən 8% çoxdur.

Aprel ayı ərzində bankın depozit portfelinin həcmi 4,9% artaraq bu ilin may ayının 1-nə 136,1 mln. manat təşkil edib. Əhalinin əmanətləri aprel ayı ərzində 7,4% artaraq hesabat dövrünün sonuna 80,8 mln. manata çatıb. Bu məbləğin 87,1%-i fiziki şəxslərin müddətli əmanətlərinin payına düşüb.

Bundan başqa, ötən ay ərzində bankın emissiya etdiyi plastik kartların sayı 16% artaraq hesabat dövrünün sonuna 48,4 minə çatıb.

Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir və respublika üzrə 35 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR