Bank Of Baku

Azərbaycanın borc qiymətli kağızlar bazarı yanvar-aprel aylarında 27% zəifləyib

Azərbaycanın borc qiymətli kağızlar bazarı yanvar-aprel aylarında 27% zəifləyib
# 14 may 2009 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın borc qiymətli kağızlar bazarı əsasən dövlət borc alətləri hesabına aktivliyini saxlaya bilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk dörd ayı ərzində borc qiymətli kağızları bazarının ümumi həcmi 2,08 mlrd. manat təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrünün göstəricisindən 26,7% azdır.

Qeyd edək ki, borc bazarının ümumi həcminin 85%-ni Mərkəzi Bankın qısamüddətli notları, 14,7%-ni isə dövlət qısamüddətli istiqrazlarla aparılan əməliyyatlar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR