Bank Of Baku

Azərbaycanın səhm bazarı yanvar-aprel aylarında 4 dəfə aktivləşib

Azərbaycanın səhm bazarı yanvar-aprel aylarında 4 dəfə aktivləşib
# 15 may 2009 06:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda səhm bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfə artıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə səhm bazarının ümumi həcmi 133,6 mln. manat təşkil edib ki, bunun da 61%-i ilkin, 39%-i isə təkrar bazarın payına düşüb.

Yanvar-aprel aylarında səhm buraxılışlarının həcmi 2008-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə artaraq 81,1 mln. manat təşkil edib ki, bu da bütünlükdə maliyyə sektoru hesabına həyata keçirilib. Həmin dövr üzrə səhm ticarətinin (təkrar bazar) ümumi həcmi 52,5 mln. manat təşkil edib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu göstərici 3,4 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR