Bank Of Baku

Dövlət Sığorta Nəzarəti Xidmətinin veb-saytı yaradılıb

Dövlət Sığorta Nəzarəti Xidmətinin veb-saytı yaradılıb
# 15 may 2009 07:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat imkanlarının genişləndirilməsi, nəzarət tədbirləri ilə bağlı sığorta bazarının peşəkar iştirakçıların daha operativ məlumatlandırılması, habelə sığortalıların və sığorta bazarının digər iştirakçılarının şikayət və müraciətlərinin daha operativ qaydada qəbul edilməsi üçün xidmətin internet səhifəsi istifadəyə verilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, qeyd olunan internet səhifəyə həm www.maliyye.gov.az səhifəsindən sığorta bazarında tənzimləmə və nəzarət bölməsindəki sığorta bazarına dövlət nəzarəti alt bölməsi vasitəsilə, həm də www.sigorta.maliyye.gov.az səhifəsini açmaqla birbaşa daxil olmaq mümkündür.

Qeyd edək ki, Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar nazirliyin strukturunda aparılan dəyişikliklər nəticəsində dövlət sığorta nəzarəti şöbəsi ləğv edilib və həmin şöbənin funksiyalarının bir hissəsi (sığorta bazarına nəzarət funksiyaları) Maliyyə Nazirliyinin yeni yaradılmış Dövlət Sığorta Nəzarəti Xidmətinə verilib. Sığorta bazarında tənzimlənmə funksiyaları isə nazirliyin maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin səlahiyyətlərinə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR