Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «Azərdəmiryolbank»a yeni kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı «Azərdəmiryolbank»a yeni kredit ayıracaq
# 15 may 2009 07:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankına (SKB) yeni kredit ayırmaq niyyətindədir.

AYİB-dən «APA-Economics»ə verilən məlumata görə, kreditin ümumi həcminin 13 mln. ABŞ dolları təşkil edəcəyi gözlənilir. Vəsaitin 10 mln. dolları mikrokreditlərin verilməsi, 3 mln. dolları isə kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək.

Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» AYİB-ə, 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib və hazırda bankın respublika üzrə 31 filialı və şöbəsi fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 209,32 mln. manat, kredit portfeli 160,35 mln. manat, məcmu kapitalı isə 39,62 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. dollardan arıq olan 50-dən çox investisiya layihələrinin icrasına qoşulub. Bank əsas diqqətini maliyyə sektorunun dayanıqlı inkişafı, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi və qeyri-neft özəl sektorunun inkişafı məsələlərinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR