Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən yatırılan investisiyaların həcmi (2009-cu il aprel ayının 1-nə) barədə məlumat verilir:
(mln. AZN)
Lizinq təşkilatları |
İnvestisiyaların həcmi | |
1 | UniLeasing | 22,6 |
2 | Nikoil Leasing | 6,95 |
3 | Joint Leasing | 1,19 |
4 | AtaLeasing | 1,02 |
5 | Parex Leasing & Factoring | - |
6 | Texnika Leasing | - |
7 | AGLeasing | - |
Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında investisiyanın həcminə görə ilk yeri «UniLeasing» şirkəti tutur. Belə ki, bu şirkətin yatırdığı investisiyaların həcmi 22,6 mln. manat təşkil edib. İlk üçlüyə həmçinin «Nikoil Leasing» və «Joint Leasing» şirkətləri daxildir. Bu üç şirkətin ölkə iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 2009-cu ilin aprel ayının 1-nə təxminən 31 mln. manata çatır (təxminən 40 mln. ABŞ dolları).
Qeyd edək ki, yuxarıda qeyd olunan şirkətlər («Parex Leasing & Factoring», «Texnika Leasing» və «AGLeasing») cari ilin ilk üç ayı ərzində investisiya qoyuluşları həyata keçirməyib.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.